- Xəbər news
- 21:58 14.03.2026
Çexiya Gənclər Liqasının oyununda qəribə hadisə baş verib.
Corner.az xəbər verir ki, "Beroun" - "Slani" matçına yan xətt hakimi Milan Sefara sərxoş halda çıxıb.
Laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır.
Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.(qol)