28 yanvar 2026. Çərşənbə

Bakı Olimpiya Stadionunda UEFA seminarı keçiriləcək


Bakı Olimpiya Stadionunda UEFA seminarı keçiriləcək
Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı keçiriləcək.

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 29-dan noyabrın 1-dək təşkil olunacaq seminar “Məktəblərdə futbol” (Football in Schools) mövzusunda olacaq.  

Tədbirdə AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcək. 

UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO