- Xəbər news
- 22:12 24.02.2026
"Qarabağ" UEFA tərəfindən təxminən 65,8 milyon manat məbləğində vəsait əldə edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov özünün "X"dəki hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, UEFA-nın həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların hər biri də əlavə olaraq təxminən 1,6 milyon manat vəsait qazanacaq.
F.Qayıbov bildirib ki, “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı ölkədə idman iqtisadiyyatının inkişafına mühüm təsir göstərib:
“Qarabağ” ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına ciddi töhfə verib”.
Qeyd edək ki, son illərdə avrokuboklarda stabil çıxışı ilə seçilən Ağdam təmsilçisi Azərbaycan futbolunun beynəlxalq arenadakı əsas təmsilçilərindən biri kimi çıxış edir.
.png)