- Xəbər news
- 22:11 05.12.2025
AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komitə sədri 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində Belarus – Norveç oyununun hakim-inspektoru olacaq.
Oktyabrın 11-də keçiriləcək qarşılaşma Belarusun Jodino şəhərindəki “Torpedo” stadionunda baş tutacaq.
Qeyd edək ki, F.Ştuxlik daha öncə UEFA Avropa Liqasında C qrupunun II turunun “Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə) matçında iş başında olacaq. Oyun oktyabrın 3-də Trabzon şəhərindəki Hüseyn Avni Aker stadionunda keçiriləcək.