2 mart 2026. Bazar ertəsi

Rəşad Nəbiyev Daşkənddə 7 medal qazanan cüdoçuları təbrik edib


Rəşad Nəbiyev Daşkənddə 7 medal qazanan cüdoçuları təbrik edib

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində uğurlu çıxışla yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yarışda 7 medal qazanan milli üzvlərini təbrik edib.

Federasiya rəhbəri “X” hesabında paylaşdığı təbrik mesajında cüdoçuların əzmkarlığını yüksək qiymətləndirərək, bu nəticəni böyük zəhmətin bəhrəsi kimi dəyərləndirib və onlara növbəti turnirlərdə yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisi “Böyük Dəbilqə”də 4 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib. Komanda hesabında ikinci olan yığma, kişilərin mübarizəsində zirvəyə yüksəlib.

 







Xəbər news