4 mart 2026. Çərşənbə

"Ucqar kəndlərdə istedadlı idmançılar axtarılmalıdır"


"Ucqar kəndlərdə istedadlı idmançılar axtarılmalıdır"

Azərbaycanda şadlıq saraylarının sayı azaldılaraq idman obyektləri tikilməlidir.

90deqiqe.Azn məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə deyib.

O, son illərdə idmana marağın artdığını diqqətə çatdırıb:

"Şadlıq saraylarının sayını azaldıb idman obyektləri tikməliyik. İdmana son illərdə axın var. Bu da kifayət qədər effekt verir. Bölgələrdə istedadların erkən aşkarlanmasına ehtiyacımız var. Bəzən legioner idmançılara ehtiyac duyuruq. Bu proses hələ də davam edir. Ucqar kəndlərdə idmançıları axtarmalıyıq. Regionlarda gənclər və idman idarələri var. Rayonlara yox, ən ucqar kəndlərə getməliyik. Kəndlər bir az geridədir. Demək olar ki, əksər vaxtlarda rayonlarla işləyirik". (report)







Xəbər news