- Xəbər news
- 21:58 14.03.2026
Naxçıvanda iki stadionun idarəçiliyi yenidən dəyişib.
90deqiqe.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev imzaladığı qərara əsasən, İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionu artıq Naxçıvan Futbol Federasiyasının istifadəsində olmayacaq.
Qərarda göstərilir ki, bu stadionların federasiyaya verilməsi barədə 2023-cü il oktyabrın 12-də Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 132 nömrəli qərar ləğv edilib.
Xatırladaq ki, həmin 2023-cü ildə o zamankı baş nazir Səbuhi Məmmədovun imzaladığı qərara əsasən, sözügedən stadionlar Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilmişdi.