İngiltərə millisinin sabiq futbolçusu və İnter Mayami klubunun prezidenti Devid Bekhem menecerlik fəaliyyətinə başlayır.
Corner.az xəbər verir ki, Bekhem, dostları – Deyv Qardner və Nikola Hausonla birlikdə “Footwork Management Limited” adlı agentlik şirkəti yaradıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Bekhemin menecerlik fəaliyyəti çərçivəsində ilk olaraq “Mançester Yunayted”in 17 yaşlı futbolçusu Meyson Qrinvudla əməkdaşlıq edəcəyi gözlənilir.