20 mart 2026. Cümə

"2 aya 4-cü hakim kimi fəaliyyətə başladım" - VİDEO


"2 aya 4-cü hakim kimi fəaliyyətə başladım"  - VİDEO

“İdmançıların Uğur Hekayələri” podkastının növbəti buraxılışı yayımlanıb.

90deqiqe.Az-ın məlumatına görə, “SportZone”un bu dəfəki qonağı, Azərbaycan futbolunda uzun illər hakim kimi fəaliyyət göstərmiş, hazırda hakim-inspektor kimi çalışan tanınmış simalardan biri – Ceyhun Haşımovdur.

Ceyhun Haşımov, hakimlik karyerası boyunca meydanda göstərdiyi prinsipiallıq, ədalətli qərarları və oyunun dinamikasını düzgün idarə etmək bacarığı ilə seçilib. O, müxtəlif səviyyəli qarşılaşmalarda iştirak edərək Azərbaycan futbolunun inkişafına öz töhfəsini verib və qazandığı zəngin təcrübə ilə hakimlik məktəbinin önəmli nümayəndələrindən birinə çevrilib.

Podkast zamanı Ceyhun Haşımov hakim kimi keçdiyi peşəkar yol, oyunun ən gərgin anlarında verdiyi qərarlar və bu qərarların arxasında dayanan məsuliyyət hissi haqqında ətraflı danışır. O, həmçinin komanda ruhuna yanaşması, futbolçular və məşqçilərlə ünsiyyətin incəlikləri, eləcə də hakimliyin psixoloji tərəfləri barədə maraqlı fikirlərini bölüşür.

Bununla yanaşı, Haşımov Azərbaycanda gənclərin futbola olan marağını, bu sahədə mövcud potensialı və gələcək perspektivləri də dəyərləndirir, yeni nəsil hakim və futbolçulara öz tövsiyələrini verir.

Qeyd edək ki, çəkiliş “RefRef” medianın dəstəyi ilə hazırlanıb.

Videonu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:







SportZone