- Xəbər news
- 01:00 22.01.2026
Bu gün La Liqada 7-ci turun oyunları davam etdiriləcək.
Corner.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Madriddə olacaq. Paytaxt derbisində “Atletiko” əzəli rəqibi “Real”ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.
Qeyd edək ki, 6 turdan sonra “Real” 14 xalla 1-ci, “Atletiko” isə 13 xalla “Real Sosyedad”la ikinci-üçüncü yeri bölüşdürür.
10 xalla 7-ci pillədə qərarlaşan "Barselona" isə bu gün "Hetafe"nin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.