28 may 2026. Cümə axşamı

“Fənərbaxça”ya qol vurmaq istəyirəm” – Falkao


“Fənərbaxça”ya qol vurmaq istəyirəm” – Falkao
“Fənərbaxçaya qol və qollar vurmaq istəyirəm. Çünki ölkəmdə bu qarşılaşma canlı yayımlanacaq. “Qalatasaray” forması ilə “Fənərbaxça”ya qol vurmağın mənasını başa düşürəm. Bu qollar ölkəmdə də izlənəcək”.

Corner.az-ın “Milliyet”ə istinadən yaydığı xəbərə görə, bu sözləri “Qalatasaray”ın kolumbiyalı hücumçusu Radamel Falkao komandanın “Fənərbaxça”yla oyunöncəsi son məşqində keçirilən iclasda deyib. 33 yaşlı futbolçunun həftə boyu derbi oyunu üçün xüsusi motivasiya ilə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Superliqanın 6-cı turunun ikinci günündə - bu gün əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gələcək. “Sarı-qırmızılılar”ın meydanında olacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.





Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı