- Xəbər news
- 12:55 03.04.2026
Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildə futbolçulara ödədikləri maaş məbləğləri açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın illik hesabatında məlumat verilib.
Hesabata əsasən, futbolçulara ən çox əməkhaqqı ödəyən klub “Neftçi” olub. Paytaxt təmsilçisi 2024-cü ildə oyunçulara ümumilikdə 18 milyon 287 min 111 manat maaş verib.
Siyahıda ikinci yerdə “Qarabağ” qərarlaşıb. Ağdam təmsilçisi futbolçulara 13 milyon 878 min 800 manat əməkhaqqı ödəyib.
Digər klublarda maaş xərcləri belə olub: “Sabah” – 8 milyon 911 min 200 manat, “Sumqayıt” – 4 milyon 431 min 100 manat, “Səbail” – 4 milyon 385 min 800 manat, “Zirə” – 4 milyon 287 min 627 manat.
Hesabata görə, “Araz-Naxçıvan” futbolçulara 3 milyon 619 min 200 manat, “Turan Tovuz” 2 milyon 613 min 900 manat, “Kəpəz” 1 milyon 754 min 700 manat, “Şamaxı” isə 1 milyon 4 min 300 manat maaş ödəyib.