1 fevral 2026. Bazar günü

Real'ın futbolçusunun evinə oğrular girdi


Real'ın futbolçusunun evinə oğrular girdi

“Real”ın futbolçusu Kazemironun evi qarət olunub.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən, La Liqanın 7-ci turu çərçivəsində keçirilən “Atletiko” – “Real” (0:0) görüşü zamanı baş verib. Qarət zamanı braziliyalı futbolçunun həyat yoldaşı və qızı evdə olsa da, onlar xəsarət almayıblar. Qarət edənlərin kimliyi, evdən nə apardıqları məlum deyil.

 Qeyd edək ki, daha əvvəl “Real”ın futbolçusu İskonun, Kərim Benzemanın, “Atletiko”nun hücumçusu Alvaro Moratanın, eyni zamanda, “Real”ın baş məşqçisi Zinəddin Zidanın da evi naməlum şəxslər tərəfindən qarət olunmuşdu.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO