17 aprel 2026. Cümə

Rəşad Nəbiyev cüdoçuların uğurunu dəyərləndirdi


Rəşad Nəbiyev cüdoçuların uğurunu dəyərləndirdi

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçuları uğurlu çıxışları ilə yadda qalıblar.60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov və 66 kiloqramda Turan Bayramov bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, idmançıları əldə olunan nailiyyət münasibətilə təbrik edib və qarşıdakı günlərdə mübarizəyə qoşulacaq digər cüdoçulara uğurlar arzulayıb.

“Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram”, – deyə paylaşımda qeyd olunub.







Xəbər news