18 aprel 2026. Şənbə

Nazir “Neftçi”yə dəstək verdi - qalmaqallı oyuna reaksiya - FOTO


Nazir “Neftçi”yə dəstək verdi  - qalmaqallı oyuna reaksiya - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında qalmaqalla yadda qalan oyundan sonra "Neftçi" klubuna dəstək nümayiş etdirib.

90deqiqe.Az-ın məlumatına görə, “Neftçi”nin Müşahidə Şurasının üzvü olan nazir paytaxt təmsilçisinin loqosunu paylaşaraq “Zirə” ilə keçirilən matçda baş verən hadisələrə laqeyd qalmadığını göstərib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının “Zirə” – “Neftçi” qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Görüşün son dəqiqələrinə qədər hesabda önə keçən qonaqlar üstünlüyünü qoruya bilməyib. Belə ki, “Zirə”nin futbolçusu Brahim Konate 90+4-cü dəqiqədə fərqlənərək komandası üçün bərabərlik qolunu vurub.

Qarşılaşmadan sonra əsas müzakirə mövzusu məhz bu epizod olub. “Neftçi” tərəfi qolun ofsayd vəziyyətindən vurulduğunu iddia edib. Etirazlar səbəbindən komandanın baş məşqçisi Yuri Vernidub və texniki zonada olan bir neçə üzv qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Oyundan sonra idman ictimaiyyətinin bir çox nümayəndəsi də mübahisəli epizodla bağlı hakimin qərarını tənqid edərək qolun qaydalara uyğun olmadığını bildirib.







Xəbər news