19 aprel 2026. Bazar günü

Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan Zelim Tçkayevi təbrik etdi


Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan Zelim Tçkayevi təbrik etdi

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında uğurlu çıxış edən Zelim Tçkayevi təbrik edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə federasiya rəhbəri şəxsi “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, qitə birinciliyində bürünc medal qazanan cüdoçunun nəticəsini yüksək qiymətləndirərək, bunu Azərbaycan idmanı üçün əlamətdar nailiyyət kimi dəyərləndirib.

“Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah mübarizəyə qoşulacaq bütün idmançılarımıza uğurlar arzulayıram”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Cüdo üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan idmançıları medal uğrunda mübarizəni davam etdirirlər.







Xəbər news