26 mart 2026. Cümə axşamı

Ronaldo karyerasını başa vurur?


Ronaldo karyerasını başa vurur?

Yuventus'un hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda açıqlama verib.

Corner.az-ın məlumatına görə, "SportBible" saytına müsahibəsində  34 yaşlı futbolçu hələ də futbolu sevdiyini söyləyib:

"Hələ də futbolu sevirəm. Kriştianonu sevən azarkeşləri və insanları xoşbəxt etməyi sevirəm. Bu, yaşla əlaqəli bir şey deyil, düşüncə ilə bağlıdır. Son 5 ildir futboldankənar həyatımda da xoşbəxtəm. Futbolçu karyeramı nə vaxt bitirəcəyəm?  Gələn il və ya o biri il  nələr olacağını  kim bilə bilər ki?".

Qeyd edək ki, K.Ronaldonun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2022-ci ildə sona çatır.







Xəbər news