23 aprel 2026. Cümə axşamı

Mikayıl Cabbarov güləş millimizi təbrik etdi - “Biz Avropanın ən güclüsüyük!”


Mikayıl Cabbarov güləş millimizi təbrik etdi  - “Biz Avropanın ən güclüsüyük!”

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma güləşi üzrə milli komandanı təbrik edib.

90deqiqe.Az-ın məlumatına görə, qurum rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.O, güləşçilərin hər birinə təbrik ünvanlayıb:

"Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram".

Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşçiləri qitə birinciliyində ümumilikdə 5 medal qazanıblar. Belə ki, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib olublar.

Bununla yanaşı, milli komanda komanda hesabında Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.







Xəbər news