6 dekabr 2025. Şənbə

Kardiff Siti Salaya görə təzminat ödəyəcək


Kardiff Siti Salaya görə təzminat ödəyəcək
Uelsin “Kardiff Siti” klubu təyyarə qəzasında ölən mərhum futbolçu Emiliano Salanın transferi üçün Fransa təmsilçisi “Nant”a 6 milyon avro ödəyəcək.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FİFA qərar verib. 
 
“Kardiff Siti” Salanın transfer məbləğini üç dəfəyə ödəməyə və bu ilin fevralında 5 milyon funt-sterlinq verməyə razı olsa da, rəhbərlik sonradan fikrini dəyişib. Bundan sonra “Nant” “Kardiff Siti”dən FİFA-ya şikayət edib.
 
Sala “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.






Xəbər news