İspaniya La Liqasında çıxış edən "Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Corner.az "Report"-a istinadən xəbər verir ki, bu vəzifə Arites Solabarrietaya həvalə olunub. 35 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Eduardo Beritsonu əvəzləyib.
Klub dekabrın 4-də Gaizka Garitanonu baş məşqçi postuna təyin etsə də, sonradan fərqli qərar qəbul olunub.
"Atletic” La Liqada geridə qalan 14 turdan sonra 11 xal toplayıb və düşmə zonasında – 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Arites Solabarrieta bunadək "Atletic”in gənclərdən ibarət komandasına rəhbərlik edib.