27 aprel 2026. Bazar ertəsi

“Güləşçilərimiz Avropa çempionatında növbəti böyük uğura imza atdı”


“Güləşçilərimiz Avropa çempionatında növbəti böyük uğura imza atdı”

Azərbaycan güləş millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında 13 medal qazanaraq möhtəşəm nəticəyə imza atıb və qitə miqyasında növbəti uğuruna sahib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bu nəticə ilə bağlı  "X" hesabında bildirib.

“Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan komandamız tarixində növbəti parlaq səhifə yazdı. Bu nəticə ilə həm yunan-Roma, həm də sərbəst güləş millimiz Avropa çempionu oldu. Sərbəst güləşçilərimiz isə medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram”, - deyə qurumun rəhbəri vurğulayıb.







Xəbər news