6 dekabr 2025. Şənbə

Düdelanj'ın bazasında oğurluq


Düdelanj'ın bazasında oğurluq

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün "Qarabağ"ı qəbul edəcək "Düdelanj"la xoşagəlməz hadisə ilə üzləşib.

Corner.az-ın Lüksemburq mətbuatına istinadən xəbərinə görə, ötən şənbə gecə klubun bazasından oğurluq edildiyi məlum olub. Naməlum şəxslər 27 cüt buts, eləcə də 8 min avro dəyərində forma aparıblar.

Oğurluq hadisəsi ilə bağlı araşdırma başladığı bildirilib.(qol)







Xəbər news