6 dekabr 2025. Şənbə

Türkiyə himnini oxuyan futbolçu feyr-pleyə namizəd göstərildi


Türkiyə himnini oxuyan futbolçu feyr-pleyə namizəd göstərildi

Fənərbaxça'nın futbolçusu Maks Kruze 2019-cu il üçün dünya və Türkiyə feyr-pley mükafatına namizəd göstərilib.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın 6-cı turunun “Qalatasaray” – “Fənərbaxça” (0:0) görüşündən əvvəl Türkiyənin dövlət himnini oxuyan Kruze qonşu ölkənin Milli Olimpiada Komitəsi tərəfindən feyr-pley mükafatına namizəd göstərilib.

Alman futbolçunun Türkiyənin himnini oxuması yerli və xarici mətbuat tərəfindən maraqla qarşılanmışdı.







Xəbər news