İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurub.
Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu qərarını sosial media hesabında yaydığı açıqlama ilə bəyan edib:
“Futbolçu olmaq istəyən kiçik uşağa söz vermişdim, meydana çıxdığım zaman özümü möhtəşəm hiss etdiyim müddətdə meydanda.olacam. Amma sözümə əməl edə bilmirəm. Bu səbəbdən də futbolu buraxıram”.
Qeyd edək ki, italiyalı futbolçu klubsuz idi.