6 dekabr 2025. Şənbə

Trabzonspor'un sabiq futbolçusu vəfat etdi


Trabzonspor'un sabiq futbolçusu vəfat etdi
ABŞ-ın “Austin Bold” klubunun futbolçusu İsaak Promise 31 yaşında dünyasını dəyişib.

Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.Vaxtilə Nigeriya millisin də çıxış edən hücumçunun infarktdan vəfat etdiyi bildirilir.
 
Promise karyerasının böyük hissəsini Türkiyədə keçirib. O, bu ölkənin “Gənclərbirliyi”, “Trabzonspor”, “Manisaspor”, “Antalyaspor”, “Balıkəsirspor”, “Mersin İdmanyurdu”, “Karabükspor” və “Girəsunspor” klublarının formasını geyinib. Səudiyyə Ərəbistanında “Əl-Əhli”, Gürcüstanda “Georgia Revolution” klublarının da uğurları üçün çalışmış forvard “Austin Bold”da bu ilin əvvəlindən forma geyinirdi.






Xəbər news