- 13:57 10.05.2026
Qərbi Azərbaycan İcmasının birlik və həmrəyliyinin nümayişi məqsədilə Allahverdi və Axta rayon icmalarının komandaları arasında yoldaşlıq futbol görüşü təşkil olunacaq.
90deqiqe.Az xəbər verir ki, mayın 14-də keçiriləcək qarşılaşma Olimpiya Stadionunun ərazisində baş tutacaq və saat 22:00-da start götürəcək.
Tədbirə Qərbi Azərbaycan icmasının üzvləri, eləcə də Qərbi azərbaycanlı soydaşlarımız dəvət olunurlar.
Qeyd edək ki, bu görüş yalnız idman tədbiri deyil, eyni zamanda doğma yurda bağlılığın, milli birliyin və həmrəyliyin təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində iştirakçıların bir araya gələrək Qərbi Azərbaycan ruhunu və milli dəyərlərə bağlılığı nümayiş etdirməsi nəzərdə tutulur.
Təşkilatçılar bütün soydaşları komandaları dəstəkləməyə və bu birlik atmosferinin bir parçası olmağa çağırırlar.