6 dekabr 2025. Şənbə

De Xea klub alır


De Xea klub alır

Mançester Yunayted'in qapıçısı David De Xea klub sahibi olmağa hazırlaşır.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 28 yaşlı qolkiper ölkəsində bir klubun səhmlərini almaq niyyətindədi.

İspaniyalı qapıçı "Elçe" klubunu almaq niyyətindədir". Uşaqlıqdan "Elçe"nin azarkeşi olan De Xea bunun üçün 18 milyon avro ödəməli olacaq. Hazırda aşağı liqada çıxış edən "Elçe" sonuncu dəfə 2014-15 mövsümündə La Liqada çıxış edib.

Qeyd edək ki, David De Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.







Xəbər news