- Xəbər news
- 20:11 23.05.2026
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Musayevanı təbrik edib.
90deqiqe.Az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik”, – paylaşımda qeyd olunub.
M.Cabbarov bildirib ki, qadın güləşi üzrə U-15 Avropa çempionatlarında Azərbaycan adına ilk qızıl medalı qazanan Ü.Musayeva böyük əzmkarlıq, iradə və qələbə ruhu nümayiş etdirib.
“Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq”, – deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Ülviyyə Musayeva U-15 Avropa çempionatında qızıl medal qazanmaqla Azərbaycan qadın güləşi tarixində yeni uğura imza atıb.