İran çempionatında 6-cı turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar - “Traktor”la “Maşinsazi” də növbəti oyununa çıxıb.
“Maşinsazi” səfərdə “Nassaji Mazandaran”ın qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib – 0:0.
Təbrizin digər məhşur “Traktor” klubu isə doğma meydanda “Pars Janubi Jam” klubunu qəbul edib. Cənubi Azərbaycan təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, “Traktor” hazırda 14 xalla 2-ci, “Maşinsazi” isə 7 xalla 10-cu pillədə qərarlaşıb.