- Xəbər news
- 08:15 30.05.2026
Bakıda iyunun 6–7-də klassik və sürət avtomobillərinin iştirakı ilə “Classics & Supercars” festivalı təşkil olunacaq.
90deqiqe.Az xəbər verir ki, tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində baş tutacaq.
İki gün ərzində Bakı bulvarı müxtəlif dövrlərə və ölkələrə aid klassik, super və idman avtomobilləri ilə rənglənəcək. Sərgi “Klassik avtomobillər zonası”, “Superkar zonası” və “İdman avtomobilləri zonası” olmaqla üç əsas hissədə təşkil ediləcək.
Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası və qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri də nümayiş olunacaq.
Qeyd edək ki, ziyarətçilərin tədbirə girişi sərbəstdir.