Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda öz doğma meydanda “Karpatı” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 10 turdan sonra 19 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.