- Xəbər news
- 22:12 07.06.2026
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində keçirilən “Classics & Supercars” festivalı yekunlaşıb.
90deqiqe.Az xəbər verir ki, iyunun 6-7-də təşkil olunan tədbir çərçivəsində klassik avtomobillər, idman avtomobilləri və “supercar” modelləri nümayiş etdirilib.
Festival zamanı Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri də ziyarətçilərə təqdim olunub.
İki gün davam edən festival avtomobil həvəskarlarının böyük marağına səbəb olub və paytaxtda geniş auditoriya tərəfindən izlənilib.