26 mart 2026. Cümə axşamı

Şvaynştayger karyerasını başa vurur


Şvaynştayger karyerasını başa vurur

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger mövsümün sonunda karyerasını bitirəcək.

Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə şəxsi instaqram səhifəsindən məlumat paylaşıb.

Qeyd edək ki, təcrübəli futbolçu 2017-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparan "Çikaqo Fayr" klubunda çıxış edir. B. Şvaynştayger daha əvvəl “Bavariya” və “Mançester Yunayted”də oynayıb. Münhen klubunun yetirməsi olan Şvaynştayger 13 il formasını geyindiyi komandada 1 dəfə Çempionlar Liqasının, 8 dəfə Bundesliqanın və 7 dəfə ölkə kubokunun qalibi olub. O, “Mançester Yunayted”də isə İngiltərə Liqa kubokunun və Avroliqanın qalibi olub







Xəbər news