- Xəbər news
- 15:55 02.07.2026
Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində Konvensiyaya Tərəf Dövlətlərin Konfransının 10-cu Sessiyası (COP10) Bürosunun II rəsmi iclası təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, iclas COP10 Bürosunun sədri, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçirilib.
Tədbirə Beynəlxalq Olimpiya Komitəsinin, Ümumdünya Antidopinq Agentliyinin (WADA), WADA üzrə Avropa Şurasının "Ad Hoc" Avropa Komitəsinin nümayəndələri, müşahidəçi dövlətlər və Büronun vitse-prezidentləri onlayn formatda qatılıblar.
İclas zamanı UNESCO-nun Elm sektorunun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru, Konvensiyanın icraçı katibi Qustavo Merino, Təsdiq Komitəsinin sədri Lyuk McCann və COP10 Bürosunun sədri Fərid Qayıbov çıxış edərək antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Konvensiyanın icrası ilə bağlı məsələlərə toxunublar.
Qeyd edək ki, bundan əvvəl Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası da keçirilib.