Almaniya və Argentina yığmaları yoxlama oyununda üz-üzə gəlib.
Corner.az xəbər verir ki, Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda baş tutan qarşılaşmada bütövlükdə 4 qol vurulub.
Meydan sahibləri iki erkən qola seviniblərsə, Argentinalılar isə fasilədən sonra özlərinə gəliblər. Beləcə, Almaniya – Argentina matçı 2:2 hesabıyla başa çatıb.