7 iyul 2026. Çərşənbə axşamı

AFFA prezidenti "Sabah", "Qarabağ" və "Zirə"yə uğurlar arzuladı


AFFA prezidenti "Sabah", "Qarabağ" və "Zirə"yə uğurlar arzuladı

AFFA prezidenti Rövşən Nəcəf avrokuboklarda mübarizəyə başlayacaq Azərbaycan klublarına uğurlar arzulayıb.

90deqiqe.Az xəbər verir ki, o, bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

AFFA rəhbəri bildirib ki, UEFA-nın klub turnirlərinin təsnifat mərhələlərinə start verilir və Azərbaycanı üç fərqli yarışda "Sabah", "Qarabağ" və "Zirə" təmsil edəcək.

"Üç gün ərzində "Sabah", "Qarabağ" və "Zirə" müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram", – deyə Rövşən Nəcəf paylaşımında qeyd edib.







Xəbər news