6 dekabr 2025. Şənbə

Məşhur şirkət “Mançester Yunayted”ə sponsorluqdan imtina edir


Məşhur şirkət “Mançester Yunayted”ə sponsorluqdan imtina edir

“Chevrolet” şirkəti “Mançester Yunayted”in titul sponsorluğundan imtina edə bilər.

Corner.az “The Times” nəşrinə istinadla yazır ki, “Chevrolet”in ana şirkəti olan “General Motors” “qırmızı şeytanlar”la 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmamaq haqda düşünür. Buna əsas səbəb kimi klubun hazırkı nəticələri göstərilir. Bundan başqa, 2012-ci ildə klubla müqavilə imzalayan “Chevrolet”in direktoru da artıq şirkəti tərk edib.

Qeyd edək ki, bu əməkdaşlıqdan “Mançester Yunayted” ümumən 450 milyon funt gəlir götürəcək.(qol)







Xəbər news