- Xəbər news
- 22:11 05.12.2025
AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək.
Corner.az-ın məlumatına görə, bu gün start götürən turnirdə Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Depatamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komanda iştirak edəcək.
Oyunlar AFFA Futbol Akademiyasının meydanında keçiriləcək. Turnir oktyabrın 19-dək davam edəcək. (Report)