20 iyul 2026. Bazar ertəsi

Federasiya prezidenti dünya çempionatına hazırlaşan cüdoçularla bir araya gəldi


Federasiya prezidenti dünya çempionatına hazırlaşan cüdoçularla bir araya gəldi

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət milli komandamızın üzvləri ilə görüş keçirib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə dünya çempionatına hazırlığın gedişi, mundial öncəsi əsas hədəflər, komandanın hazırlıq planı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Federasiya prezidenti idmançılar və məşqçilər heyətinə uğurlar arzulayıb, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib.







Xəbər news