Yuventus'un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun adı stadiona veriləcək.
Corner.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “Sportinq” klubu stadionuna keçmiş futbolçusu Ronaldonun adını verməyi planlaşdırır. Klubun prezidenti Federiko Varandas məsələylə bağlı açıqlama verərək, bunları söyləyib:
“Ronaldonun adını stadionumuza verməkdən qürur duyarıq. Aşağı yaş komandalarının yerləşdiyi binanın divarlarında Ronaldoya aid bir çox şəkilli məlumat var. O, bütün dövrlərin ən yaxşı portuqaliyalı futbolçusu və tarixin ən yaxşı futbolçularından biridir”.
Portuqaliya təmsilçisinin stadionun adını dəyişmək üçün Ronaldonun karyerasını bitirməsini gözlədiyi bildirilir.
Qeyd edək ki, Ronaldo 2002-2003-cü illərdə Lissabon təmsilçisinin şərəfini qoruyub.