23 iyul 2026. Cümə axşamı

Milli Mətbuat Gününə həsr olunan kamandan oxatma yarışının qalibləri bəlli oldu - FOTOLAR


Milli Mətbuat Gününə həsr olunan kamandan oxatma yarışının qalibləri bəlli oldu - FOTOLAR

22 İyul – Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında ilk dəfə kamandan oxatma yarışı təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın məqsədi media nümayəndələrinin bu idman növünə marağını artırmaq, həmçinin onların dəqiqlik, səbir və konsentrasiya bacarıqlarını sınamaq olub.

Turnirdə 17 media qurumunu təmsil edən ümumilikdə 27 jurnalist – 10 qadın və 17 kişi iştirak edib. Təsnifat mərhələsindən sonra keçirilən final qarşılaşmalarında qaliblər müəyyənləşib.

Kişilər arasında birinci yeri Ayaz Qurbanov (Flashscore.com), ikinci yeri Elvin Camalov (Bakı-baku.az), üçüncü yeri isə Əfqan Həbibov (Active Life Group) tutub.

Qadınların yarışında isə Ülviyyə Sabirqızı (Nəzər.Media) qalib olub. Fəxriyyə Qarayeva (90deqiqe.az) ikinci, Gülnarə Sadıxova (Real TV) isə üçüncü yeri tutub.

Yarışın sonunda qaliblərə diplom, medal və xüsusi hədiyyələr təqdim edilib. Qadın mükafatçıları Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova, kişi qalibləri isə federasiyanın şöbə müdiri Kamran Həsənzadə təltif ediblər.

Qeyd edək ki, Azərbaycan Kamandan Oxatma Federasiyası yarışda iştirak edən bütün media nümayəndələrinə təşəkkür edib, qalibləri təbrik edərək 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərə peşə fəaliyyətlərində uğurlar arzulayıb.







Xəbər news