- Xəbər news
- 15:50 21.07.2026
22 İyul – Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında keçirilən ilk kamandan oxatma yarışında 90deqiqe.az uğurlu nəticə ilə yadda qalıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə baş tutan turnirdə 17 media qurumunu təmsil edən 27 jurnalist (10 qadın, 17 kişi) mübarizə aparıb.
Gərgin keçən təsnifat və final mərhələlərinin yekununda 90deqiqe.az-ın əməkdaşı Fəxriyyə Qarayeva qadınlar arasında ikinci yerə layiq görülərək gümüş medal qazanıb.
Yarışın sonunda qaliblərə diplom, medal və xüsusi hədiyyələr təqdim olunub. Fəxriyyə Qarayevaya mükafatı Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova təqdim edib.
Qeyd edək ki, turnir media nümayəndələrinin kamandan oxatma idman növünə marağının artırılması, həmçinin onların dəqiqlik, səbir və konsentrasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
