- Xəbər news
- 22:11 05.12.2025
Şimali Koreya 29 il sonra öz meydanında Cənubi Koreyanı qəbul edib.
Corner.az xəbər verir ki, komandalar 2022-ci il Dünya çempionatının seçmə mərhələsində qarşılaşıblar.
Görüş Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilib. Qolsuz başa çatan matça Cənubi Koreya azarkeşləri və mətbuat nümayəndələri buraxılmayıb.
Qeyd edək ki, ölkələr arasında siyasi gərginliyə görə Şimali Koreya sonuncu dəfə Cənubi Korerya ilə evdə 1990-cı ildə qarşılaşıb.