6 dekabr 2025. Şənbə

Türk ordusuna dəstək olan "Traktor"un futbolçusu futboldan uzaqlaşdırıldı


Türk ordusuna dəstək olan "Traktor"un futbolçusu futboldan uzaqlaşdırıldı

İran Futbol Federasiyası Türkiyənin Suriyadakı "Barış pınarı" hərəkatına dəstək nümayiş etdirən  "Traktor"un futbolçusu Mehdi Bebrini futboldan uzaqlaşdırıb.

Corner.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bebrinin idmandan kənar davranışları səbəbindən müvəqqəti futboldan uzaqlaşdırıldığı bildirilib.


Qeyd edək ki, Təbriz klubunun oyunçusu türklərə dəstək məqsədi ilə sosial media hesabından Türkiyə əsgərinin və bayrağının şəklini paylaşmışdı. O, bu hərəkətinə görə tənqidlərə məruz qaldıqdan sonra paylaşımını silib.(qol)







Xəbər news