17 dekabr 2025. Çərşənbə

Rəşadın rekordunu qırmaq üçün bir neçə il oynamalıyam - Dmitri Nazarov


Rəşadın rekordunu qırmaq üçün bir neçə il oynamalıyam - Dmitri Nazarov

"Azərbaycandan bir çox xüsusi təklif alıram. Beynəlxalq matçlar yaxınlaşır. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq "Erzgebirge"də özümü yaxşı və dəyərli hiss edirəm. Buna görə klubumla yeni müqavilə bağladım".

Corner.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin futbolçusu Dmirti Nazarov "Tag 24"ə deyib.

Avro-2020-nin seçmə mərhələsində Macarıstanla (0:1) oyunu cəzalı duruma düşdüyü üçün buraxan 29 yaşlı hücumçu millidə 40 oyunda 8 qol vurub. O, 111 matçla millidə ən çox oyun keçirən Rəşad Sadıqovun rekordunu qırmaq istədiyini zarafatla söyləyib: "Son 7 ildə ilk dəfə milli komanda üçün oynaya bilmirəm. Millidə 40 oyun keçirmişəm. Bu rekordu qırmaq üçün hələ bir neçə il də oynamalıyam (gülür)".(qol)







Xəbər news