Corner.az Goal.az-a istinadən xəbər verir ki, görüntülərdə futbolçuların narkotik maddədən istifadə etdikləri məlum olub.
Məsut Özil, Şkodran Mustafi, Pyerr-Emerik Obameyanq, Henrik Mxitaryan, Aleksandr Lyakazett, Sead Kolaşinaç və Matteo Qenduzinin də aralarında olduğu 12 futbolçu mövsümöncəsi bir əyləncə mərkəzini bağladıb, 70 qadınla birlikdə səhərə qədər əylənib. Yayılan videoda oyunçuların spirtli içkilərdən, siqaretlərdən, hətta narkotik maddədən istifadə etdiyi görünür. Onlar "Hippy Crack" adlı nitrogen oksidini şardan çəkiblər.
Bunun təsirinə düşən futbolçuların bəziləri rəqs edib, bəziləri isə özündən gedib. Xüsusən də, gənc Qenduzi ətrafdakıların köməyi ilə özünə gəlib. Yalnız Mxitaryan və Mustafi narkotik maddədən istifadə etməyib.