5 dekabr 2025. Cümə

Manchester City transfer etdiyi futbolçunu oynada bilməyəcək


Manchester City transfer etdiyi futbolçunu oynada bilməyəcək
Columbus Crew klubunun və ABŞ millisinin qapışısı Zak Steffenin Manchester City-yə keçidi gerçəkləşib.Corner.az Goal.az-a istinadən xəbər verir ki, transfer 7,5 milyon dollara başa gəlib. Qolkiper artıq yeni klubu ilə müqavilə bağlayıb. Steffenə İngiltərədə işləmək üçün hələlik icazə verilməyib. Bu səbəbdən növbəti mövsümü icarədə keçirməli olacaq. Qolkiperin Girona-ya icarəyə veriləcəyi deyilir. 23 yaşlı amerikalı ötən mövsüm MLS-in ən yaxşı qapıçısı seçilib.





Xəbər news