- Xəbər news
- 17:41 16.12.2025
Türkiyənin "Fənərbaxça" klubundan sonra "Qalatasaray" və "Beşiktaş" da Azərbaycan xalqını 18 oktyabr Milli Müstəqilliyi günü münasibəti ilə təbrik edib.
Corner.az xəbər verir ki, "sarı-qırmızılar" bununla bağlı rəsmi "Feysbuk" səhifəsində yazıb: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".
"Beşiktaş"ın isə "Feysbuk" hesabından yayımladığı təbrik mesajında bildirilir: "Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. İki dövlət, tək millət".
Xatırladaq ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.

