- Xəbər news
- 22:34 14.11.2024
Boca Juniors-un hücumçusu Karlos Teves Libertadores Kubokunun finalının Madriddə keçirilməsi ilə bağlı qərara münasibət bildirib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, hücumçu matçın əhəmiyyətli olduğunu deyib. “Madriddə bir az çətin olacaq. Vacib oyundur. Kubokun sahibi bilinəcək. Finalın yerinin dəyişdirilməsində futbolçuların günahı yoxdur. Biabırçılığın səbəbkarı fanatlardır. Oyun Avropada keçirilsə də, Libertadores Kuboku olaraq qalacaq”,- Teves deyib.
Xatırladaq ki, finalda Argentinanın River Plate və Boca Juniors klubları qarşılaşmalıdır. Qalib noyabrın 24-də keçirilməli oyunda bilinəcəkdi. Lakin ev sahibi fanatların rəqibin avtobusuna hücumu səbəbindən iki dəfə təxirə salınıb. Daha sonra isə Argentinadan kənarda-Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilməsi qərara alınıb.