- Xəbər news
- 15:44 27.08.2026
Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan çempionunun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” klubuna 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə ayrılan vəsait üzrə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edib. Bununla da Bakı təmsilçisi tarixində ilk dəfə turnirin liqa mərhələsinə vəsiqə qazanıb.